"Məktəbləri yenidən bağlamaq çıxış yolu deyil" - Deputat

"Məktəbləri yenidən bağlamaq çıxış yolu deyil" - Deputat
SOSİAL
14:58 14.10.2021
623
"Biz hələ yaşlıların, ortayaşlıların vaksin olunması məsələsini tam həll edə bilməmişik. Görünür ki, buna görə azyaşlılara keçmə prosesi ləngiyir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. O şagirdlərin vaksinasiyaya cəlb olunub-olunmaması məsələsinə münasibətini bildirib.
 


Deputat hər kəsin vaksin olunmasının vacibliyini qeyd edib:

"Məktəbyaşlı uşaqların vaksinləşməsi məsələsini mütəxəssilər qiymətləndirməlidir, hər halda vaksinləşməni sürətləndirmək lazımdır ki, hamı bu prosesdə iştirak etsin. Bu, yoluxmanın qarşısını almağa kömək edir. Amma bütün hallarda yenidən məktəbləri bağlamaq çıxış yolu deyil. Çünki bağladıqca daha böyük problemlərlə üzləşirik. Buna görə də ən yaxşı çıxış yolu vaksinləşmədir, yəni hamının kütləvi vaksinasiyaya getməsidir. Əgər bu olarsa, təhlükə riski də, məktəblərdə yoluxma da azalar. Azyaşlıların vaksinə cəlb olunmasına gəldikdə, biz hələ yaşlıların, ortayaşlıların vaksin olunması məsələsini tam həll edə bilməmişik. Görünür ki, buna görə azyaşlılara keçmə prosesi ləngiyir”.

Fazil Mustafa qeyd edib ki, məktəbləri bağlamaq problemlərə səbəb olur: "Amma yenə deyirəm, məktəbləri bağlamaq olmaz, məktəbləri bağlayırıq, bununla da təhsil dayanır, başqa problemlər ortaya çıxır. Təhsilsiz qalmaq böyük bir problemdir”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR