Məktəbli oğlanlar dərsə yubka ilə gedəcəklər

DÜNYA
12:42 15.05.2014
5438
Fransalı məktəblilər insanların cinsinə görə diskriminasiyaya məruz qalmasına qəribə etiraz üsulu fikirləşiblər. 
Nant şəhərinin məktəbli oğlanları sabah dərsə yubka ilə gedəcəklər.
"Yubkaları qaldırın" adlı aksiya şərqi Fransanın 27 şəhərində baş tutacaq. Seksizmə qarşı mübarizə üçün bu aksiyanı məktəblilər özləri düşünüblər. Bundan sonra yerli şəhər rəhbərliyi və Təhsil Nazirliyi ilə razılaşdırıblar.
Ayaqlarını göstərmək istəməyən oğlanlar üçün də üsul tapılıb. Onlar sabah məktəbə paltarlarına xüsusi "Mən seksizmə qarşıyam, bəs sən?" şüarı yapışdıracaqlar.(milli.az)
OXŞAR XƏBƏRLƏR