Məktəbli qız sevgilisi tərəfindən öldürüldü - FOTO

DÜNYA
13:42 09.04.2013
5580
Türkiyənin Diyarbakır şəhərində orta məktəbli qız, 10 dəfə bıçaqlanaraq öldürülüb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, orta məktəb şagirdi olan Fatma adlı qız, təhsil almaq üçün Bingöl mahalındakı qohumlarının evinə yerləşir.
Fatma, həmin bölgədə Aydın Keleş adlı bir gənclə tanış olur. Bir müddət sonra gənc qız, sevgilisi Keleşin, onu narahat etməsi barəsində ailəsinə danışır.
Bunu nəzərə alan Fatmanın ailəsi, qızlarını təhsil aldığı məktəbdən çıxarırlar.
Gənc qızla danışmaq üçün qızın yeni məktəbinin qarşısına gələn sevgilisi Keleş, Fatma ilə mübahisə edir. Mübahisənin böyüməsi nəticəsində, Aydın Keleş, gənc qızı 10 yerindən bıçaqlayır.
Hadisənin ardından dərhal xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, Fatmanın həyatını xilas etmək mümkün olmayıb.
Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR