Məktəblilər 20 Yanvar şəhidlərini belə yad etdilər - VİDEOÇARX

Məktəblilər 20 Yanvar şəhidlərini belə yad etdilər - VİDEOÇARX
13:46 20.01.2021
685
245 nömrəli məktəbin 1 A sinif şagirdləri 20 Yanvar şəhidlərini ehtiramla yad edib.

AZXEBER.COM xəbər verir ki, müəllimə Gülməmmədova Şəhranın təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videoçarx hazırlanıb.

Videoçarxda şagirdlər xalqımızın azadlığı uğrunda canlarını fəda edən həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edib. Məktəblilər ürək sözlərini söyləyib. Daha sonra şəhidlərin ruhu bir dəqiqə sükutla yad olunub.

Videonu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR