Azərbaycanda yeni uşaq düşərgələrinin yaradılması istiqamətində işlər gedir.
AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisini deputatı Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib.O deyib ki, hazırda fəaliyyət göstərən uşaq düşərgələrindən əlavə yeni uşaq düşərgələri də salınacaq ki, orta məktəb şagirdləri asudə vaxtlarını daha səmərəli keçirsinlər:“Orta məktəb şagirdləri yay tətili vaxtı boş yerə vaxtlarını sərf edir, faydalı işlərlə məşğul olmurlar. Biz bunu nəzərə alaraq yeni uşaq düşərgələri salmaq istəyirik ki, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olunsun. Hazırda il ərzində 6000-dən çox uşaq bu tipli düşərgələrə göndərilir və onların xərclərinin 85 faizi tərəfimizdən qarşılanır”.O həmçinin məktəb direktorlarına üz tutaraq bildirib ki, müəllimlər də sanatoriyalara göndərilərkən eyni şəxsləri təkrarən göndərməsinlər:“Çünki biz əksər hallarda eyni şəxslərin təkrarən sanatoriyalara göndərildiyinin şahidi oluruq. Buna yol vermək olmaz”.