Məktəblinin intiharında - Direktorla xanımının adı hallanır

Məktəblinin intiharında -  Direktorla xanımının adı hallanır
SOSİAL
10:16 19.05.2016
9350
Mayın 11-də Cəlilabadın Seyidbazar kəndində intihar edən 10-cu sinfi şagirdi Vüsal Mirzəyevin ailəsi oğullarının ölümünə görə kənd məktəbinin direktoru və onun həyat yoldaşını günahlandırırlar.
Mərhum V.Mirzəyevin dayısı Niyaməddin Mirzəyev açıqlamasında bildirib ki, bacısı oğlu direktorun həyat yoldaşı İradə müəllimənin hazırlıq kursundan çıxdığı üçün uzun müddət ona təzyiq olunub: “Bacım oğlu Vasif Mirzəyev mayın 11-də səhər saatlarında özünü evin həyətindəki yardımçı tikilidə asıb. Uşaq səhər tezdən durub həyətdə oturubmuş, atası Rafət onu yeməyə çağırsa da, oğlu gəlməyib. Daha sonra səs-küy düşüb ki, Vasif özünü asıb. Rafət gedib görüblər evin arxasında “pres ipi”ni 2 dəfə boynuna dolayıb, özünü öldürüb”.
Mərhumun dayısı N.Mirzəyev iddia edir ki, Vasifin özünü asmasına Seyidi kənd məktəbinin direktoru Etibar və onun həmin məktəbdə müəllimə işləyən həyat yoldaşı İradə müəllimə səbəb olub: “Vasif sonuncu sınaqlarda 550-630 bal yığırdı. O, direktorun yoldaşının yanına hazırlığa gedirdi. Təxminən 2 ay əvvəl uşaq mənə dedi ki, müəllimə məndən dərs soruşmur, heç nə öyrətmir, onun hazırlığından çıxmaq istəyirəm. Biz də razılaşdıq, onu ordan çıxartdıq. Bu hadisədən sonra direktor da, yoldaşı da Vasiflə zidd düşdü. Müəllimənin dərsində nəsə olub, uşaqlar hamısı gülüşüb, Vasif də gülüb. Hamının içində onu ayağa qaldırıb “sən kimsən, nə gününə gülürsən? Sənə 2 verirəm, gedib gülərsən” deyib. Direktor özü də Vasifə “pozğun” deyib üstünə qışqırıb. Məhz 25 manat hazırlıq puluna görə. Vasifin sinif yoldaşlarına tapşırıb ki, heç biriniz onunla danışmayın, hamısı da elə edirdi. Uşaqlara tapşırırdı, Vasifi onlarla birgə top oynamağa qoymurdular, 7-8 nəfər yığışıb onu döyürdülər. Məktəbə gedəndə bibisioğluna deyirmiş mənim arxamca gəl dərsə girim. Vasif gəlib mənə dedi ki, dayı, məni bu məktəbdən çıxart. Biz rayon Maarif Şöbəsinə ərizə yazdıq. Müdir müavini Asif müəllim dedi ki, bu ili birtəhər yola verin, gələn il dəyişərsiz. Vüsal da dözmədi, özünü öldürdü. İntihar etmədən əvvəl “Votsap”da mesaj yazıb bibisinə göndərib”.
N.Mirzəyev həmin mesajı “Qafqazinfo”ya təqdim edib. Həmin mesajı redaktə ilə təqdim edirik: “Ətrafdakı gəncləri tanıdıqca özümü şərəfli ölümə etibar etdim. Özümü öldürmək mənim zəifliyim deyildi. Ədalətsiz gənclərin, müəllimlərin haqsız...”
Qeyd: Son cümlə beləcə yarımçıq bitir.
Vüsal Mirzəyevin atası Rafət Mirzəyev “Qafqazinfo”ya açıqlamasında deyib ki, o, Bakıda işləyir, buna görə də oğlu intiharından öncə baş verənləri daha çox dayısına və bibisinə danışıb: “Vüsal bütün sirlərini dayısına deyirdi. Mən il ərzində cəmi 1 ay evdə oluram. Amma Vüsalın məktəbdən çıxmaq məsələsində burda idim. Deyirdi ki, bezmişəm bu məktəbdən, məni çıxarın, dayımgilin kəndində, Qamışlıgöldə oxuyacağam. Biz də birlikdə gedib ərizə yazdıq, Vüsal 4-5 gün Qamışlıgölə getdi. Mən ona dedim ki, Seyidbazardakı məktəbdən çıxmaq haqda sənəd al. Çünki Qamışlıgöl kəndindəki məktəbdə adı getmirdi, özü gedirdi. Seyidbazar kəndində məktəbdə adı qalmışdı, qaib yazılırdı. Vüsal məhz o məktəbə də getmək istəmirdi. İntihar edən gün anasına deyib ki, əgər məni ora göndərsəniz, özümü öldürəcəyəm. Biz də dedik ki, bala, dərsindən qalma, get. O da özünü asdı”.
Mərhum Vüsal Mirzəyevin bibisi Vüsalə Yusifova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qardaşı oğlunu tez-tez məktəbdə döyürmüşlər: “Vüsal deyirdi məni təhqir edirlər, sıxışdırırlar, adam içinə çıxmağa qoymurlar. Deyirdi bu məktəbdən bezmişəm. O məktəbdə hamı ona qarşı idi, Vüsal tək qalmışdı”.
“Qafqazinfo” məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Qurumdan bildirib ki, rayon təhsil şöbəsi bu işə aydınlıq gətirəcək.
Cəlilabad Rayon Təhsil Şöbəsindən isə “Qafqazinfo”ya bir cümləlik cavab verilib: “Qeyd etdiyiniz məsələ cinayət hadisəsi olduğundan hüquq-mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin faktla bağla Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibb ekspertizası təyin edilməklə iş üzrə istintaq tədbirləri davam etdirilir.
///“Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
19:29 31.07.2025
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
19:14 31.07.2025
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu