Məlahət Abbasova: “"İblis”i Türkiyənin hər bölgəsində teatrsevənlərə təqdim edəcəyik”

Məlahət Abbasova: “"İblis”i Türkiyənin hər bölgəsində teatrsevənlərə təqdim edəcəyik”
MƏDƏNİYYƏT
16:34 06.04.2022
703
Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin "İblis” əsəri Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilib.
 
Bununla bağlı AZƏRTAC-a əsəri Türkiyədə səhnələşdirən, Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini, aktyor-rejissor Məlahət Abbasova məlumat verib.
 
Özünün rejissorluğu ilə səhnələşdirilən əsərin İstanbulda böyük izdihamla qarşılandığını xatırladan Məlahət Abbasova "İblis”in Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil olunması ilə bağlı müraciət etdiklərini bildirib:
 
"Hüseyn Cavid kimi böyük dramaturqun əsərini tamaşaçıya layiqli şəkildə təqdim etmək böyük məsuliyyət tələb edir. Bu işi uğurla başa çatdırdığım üçün çox sevincliyəm. Bir əsərin Türkiyədə səhnələşdirilməsi üçün onun repertuara daxil edilməsi mütləqdir. Amma bu da çox çətin başa gələn işdir. Çünki hər toplantıya yüzlərlə əsər təqdim edilir və onların içindən bir-ikisi seçilir. Mən "İblis”in İstanbul Şəhər Teatrlarında da səhnələşdirilməsi üçün tamaşanı əvvəlcə Bədii Şuranın müzakirəsinə təqdim etdim. İstanbul teatrlarının repertuarına daxil olduqdan sonra əsəri səhnəyə qoya bildik. Onu da qeyd edim ki, 2019-cu ildə böyük büdcə ilə hazırladığımız "İblis” tamaşasında İstanbulda ilk dəfə olaraq "Maping” 3D işıq cihazlarından istifadə edildi. Kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verdi. Sonra isə Azərbaycanın qardaş ölkədəki səfirliyinin dəstəyi ilə əsər Türkiyə Respublikası Dövlət Teatrlarına təqdim edildi. Çox sayda əsərin içindən "İblis” repertuara daxil olundu.
 
Əsərin Türkiyə Dövlət Teatrlarının repertuarında yer alması azərbaycanlı olaraq mənim üçün qürurverici hissdir. Qarşıdan gələn aylarda bu tamaşanın məşqlərinə başlamağı planlaşdırırıq. İnanıram ki, "İblis”i Türkiyənin hər bölgəsində teatrsevənlərə təqdim edə biləcəyik”.
 
Səhnə əsərinin Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilməsi ilə bağlı qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsi tərəfindən Məlahət Abbasovaya ünvanlanan məktubda deyilir: "Hüseyn Cavid əsəri əsasında hazırlanan, Hilmi Zafer Şahin ilə birgə türk dilinə tərcümə etdiyiniz "İblis” tamaşası dramaturq məruzələri ilə birlikdə baxılıb və Bədii Şuranın iclasında müzakirə edilib. Bədii Şura səs çoxluğu ilə tamaşanın Dövlət Teatrlarının ümumi repertuar fonduna daxil olunmasını qəbul edib. Türkiyənin Dövlət Teatrlarının ümumi repertuarına verdiyiniz töhfəyə görə sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını diləyirik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO