Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində fəaliyyət göstərən "Real Sağlamlıq Klinikası"nda 3 yaşlı Qurbanlı Arzu Sənan qızı əməliyyatdan sonra dünyasını dəyişib.
Azyaşlını həkim İlham Ağayev əməliyyat edib. Uşaq iyunun 30-da saat 12:10-da əməliyyata daxil olub, 13:00-da isə palataya köçürülüb. Həkim İlham Ağayev hər şeyin qaydasında olduğunu desə də, axşam saat 21:30-da azyaşlı dünyasını dəyişib.
3 yaşlı Arzumun atası qızının ölümündə həkimi günahlandırıb. Övlad dağına dözə bilməyən atanın ürəkdağlayan sözlərini təqdim edirik:
"Bilmirəm ki, nə edim sakitləşim. Allahım Arzumu əlimdən aldın, necə yaşayacam. Qurban olum sənə Arzum. Allah sizin kimi savadsız həkimlərin bəlasın versin ... Mələk kimi balamızı aldınız əlimizdən.



