Mələkxanım Əyyubova: “Qızımın aparıcı olaraq seviləcəyinə əminəm” - FOTO

Mələkxanım Əyyubova: “Qızımın aparıcı olaraq seviləcəyinə əminəm” - FOTO
MAQAZİN
21:38 22.03.2023
428

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin Nəcəfzadə AzTV-də yayımlanan "Telesəhər” verilişində aparıcılıq edib.

Oxu.Az xəbər verir ki, Nəzrin Nəcəfzadə martın 20-də efirə çıxıb.

Xatırladaq ki, aktrisa Aidə Cəbiyevanın qəfil proqramdan ayrılması bu prosesi sürətləndirib.

Qızının aparıcılıq fəaliyyəti ilə bağlı təəssüratını öyrənmək üçün Oxu.Az-ın əməkdaşı Xalq artisti Mələkxanım Əyyubova ilə danışıb.

Xalq artisti qızına illər öncə özəl telekanallardan təkliflər gəldiyini söyləyib:

"Nəzrini illər öncə bir neçə özəl telekanal veriliş aparmağı təklif edib. Lakin Nəzrin imtina etmişdi ki, öz sənətim, öz işlərim var.

Lakin 1 ay öncə Azərbaycan Dövlət Televiziyasından mənə zəng gəldi. Nəzrini "Telesəhər” proqramında aparıcı olaraq görmək istədiklərini dedilər. Mən dəvəti rədd etmədim. Lakin qərarı özü verməli idi. Bu işə hazır olub-olmadığını o daha yaxşı bilir. Təbii ki, bacarar. Çünki o uşaqlıqdan televiziyadadır. Ailədə də görüb. "Bülbüllər” qrupunda dərs alıb. Rəssamlıq işləri ilə bağlı televiziyaya dəvət alıb. Televiziya Nəzrinin həyatında daim olub. İlk deyil”.

Xanəndə qeyd edib ki, ilk başda Nəzrinin onun qızı olduğunu bilməyiblər:

"Nəzrini sosial şəbəkədə görüb, bəyəniblər. Əvvəlcə mənim qızım olduğunu bilməyiblər. Nəzrin onların hər bir kriteriyalarına uyğun gəlib. Və qərara alıblar ki, dəvət etsinlər”.

M.Əyyubova qızının hər gün efirə çıxmayacağını əlavə edib:

"Bu iş Nəzrinin ayda 10 dəfə vaxtını alacaq. Bir həftədən bir 5 gün efirdə olacaq. Hər gün yox. Vaxt limiti Nəzrini də qane etdi. Çünki işləri çoxdur. Ona yorucu gələ bilərdi.

Əslində Nəzrin sentyabrda efirə çıxacaqdı. Lakin qismət belə imiş ki, tezləşdi. Qızım martın 20-də ilk efirinə çıxdı. Gələn həftədən müntəzəm şəkildə efiri aparacaq”.

Mələkxanım Əyyubova sonda qızının bu işin öhdəsindən gələcəyinə əmin olduğunu qeyd edib:

"Bu bizim Dövlət Televiziyamızdan gələn təklif idi. Nəzrin də qəbul etdi. Tam hazır olmasa da yavaş-yavaş zaman və təcrübə ilə yaxşı olacaq. Tez bir zamanda öhdəsindən gələcəyinə əminəm. İnsanlar Nəzrini səmimi biri kimi çox sevirlər. Mənim qızım olduğu üçün sevilmir. O, sevgini özü qazanıb. Efirdə də seviləcəyinə əminəm”.

Qeyd edək ki, N.Nəcəfzadə rəssamlıq fəaliyyəti ilə yanaşı, influenser kimi də məşhurdur. O, bir çox brendlərlə əməkdaşlıq da edir.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi