Mələkxanım müğənni kürəkəni ilə ilk dəfə efirə çıxdı

Mələkxanım müğənni kürəkəni ilə ilk dəfə efirə çıxdı
MAQAZİN
21:20 09.11.2023
245
Xalq artisti Mələkxanım Eyubova müğənni kürəkəni Mərdan Kazımovla ilk dəfə canlı efirə çıxıb.

AZXEBER.COM xəbər verir ki, sənətçi qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində rəssam, bloqer qızı Nəzrin Nəcəfova ilə Mərdan Kazımovun nişanlanmasından danışıb:

"Mərdan və qızım Nəzrin bir-birilərini seviblər. Hər bir ailə sevgi ilə qurulmalıdır. Sevgisiz ailə, çox getmir. Mənə sual verəndə ki, "uşaqlarınıza sərbəstlik vermisiniz, onlar kimisə sevsə, istəsə razılığını verərsiniz?" Hər zaman cavab verirdim ki, o İşə qarışmaram. Çünki valideyn yalnız yol göstǝrǝ, istiqamət verib, arxasında möhkəm dayana bilər. Amma əgər iki gənc həqiqətəndə bir-birini sevərsə, heç kim onlara söz deyə bilməz".

Qeyd edək ki, Nəzrin Nəcəfova ilə Mərdan Kazımov ötən ay nişanlanıb.

Aysel
OXŞAR XƏBƏRLƏR