Müğənni Ramal İsrafilov bibisi, Xalq artisti Mələkxanım Əyyubova ilə birlikdə verilişlərdən birində qonaq olub.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, proqramda gənc ifaçı Xalq artistinin ona qadağa qoyduğu bir məsələdən söz açıb. Ramal Mələkxanımın ona efirdə qohumu kimi müraciət etməsinin əleyhinə olduğunu bildirib:
"Mələkxanım xanım deyir ki, efirdə bibi, xala olmaz. Bibi söhbəti qurtardı daha".
Qeyd edək ki, Ramal xalq artistinin böyük qardaşının oğludur.