Məleykə Əsədova haqqında yeni xəbər yayıldı

MAQAZİN
11:34 28.08.2012
5816

KİV-də xalq artisti Məleykə Əsədovanın nişanlısının həbs edilməsi barədə məlumatlar yayılıb.

Məlumata görə, o, kimlərdənsə borc alıb. “Space” telekanalında yayımlanan “Plus-minus” verilişinin əməkdaşları şayiələri dəqiqləşdirməyə çalışıb və xalq artistinə zəng ediblər. Zəngə Məleykə Əsədovanın bacısı cavab verib. “Həm Məleykə xanım, həm də nişanlısı Azərbaycandadırlar. Onlar dünən gediblər və başqa heç nə deyə bilmərəm”, – xalq artistinin bacısı bildirib.

Qeyd edək ki, iyulun 1-də Məleykə Əsədova pərəstişkarlarından biri ilə nişanlanıb.

OXŞAR XƏBƏRLƏR