Məleykə Əsədova: Ramiz, indi qeyrətə gəlmisən?

Məleykə Əsədova: Ramiz, indi qeyrətə gəlmisən?
MAQAZİN
17:12 02.10.2017
2206

"Oktyabrın 6-sı və 7-də yeni tamaşamın premyerası olacaq. Premyera qabağı artıq alışmışam. Həmişə belə məqamlarda qanımı qaraltmağa çalışırlar. Mən öz adıma, sənətimə hörmət edib, onlara cavab vermirəm. Bu o demək deyil ki, həmin şəxslərdən çəkinirəm. Sadəcə olaraq, səviyyələrinə enmək istəmirəm. Cavab vermədikcə, elə bilirlər Məleykə qorxur. Cavab vermirəmsə, o demək deyil ki, onlar haqlıdır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında Xalq artisti Məleykə Əsədova deyib.

Məşhur aktrisa bu gün onun ünvanına söz atan həmkarı Ramiz Məlikə sərt cavab verib. M.Əsədova bildirib ki, R.Məlik özünə hörmət qoymur: "Ramiz Məlikə demək istəyirəm ki, insan qocaldıqca müdrikləşər. Amma, o, yaşlandıqca içindəki kin-küdurət, üfunətini ona-buna söz atmaqla büruzə verir. Yəqin ki, mətbuatda yazılanları görürsünüz. Hər kəsə söz atır, dava edir. Son illər ancaq bu işlərlərlə məşğul olub. Bir insan öz adına, teatr kollektivinə hörmət qoyursa, necə həmin teatrın əməkdaşları ilə dava edə bilər? Deməli, nə öz adına, nə də teatr kollektivinə hörmət qoyur.

Bundan başqa, bir neçə gün bundan əvvəl mənimlə görüşərək, hal-əhval tutub. O, necə xarakterə malik insandır? Daha sonra arxamca danışır, öz dünyasına aid olan sözləri başqasının ünvanına deyir. Məni görürsən, fikrini mənə de! Teatrda hər kəs bilir ki, hamıya hörmətlə yanaşıram, hörmət görürəm. İllərdir ki, uğur qazanan zaman məni əsəbiləşdirməyə çalışırlar. Deməli, mən varam! Zəlimxan Yaqubun bir şeiri var: "İçimizi qurd kimi yeyən namərdlər də var”. Nə edim, belələri də var. Həmin bir-iki nəfər teatr kollektivi demək deyil”.

Xalq artisti deyib ki, aktyorun xanımı da çox müasir biridir: "İnsan belə sözlərin ona deyilməsini istəmirsə, başqalarına hörmət etməlidir. Özü elə davranmalıdır ki, ona söz deyilməsin. Onun yazdıqları mənə qəribə gəldi. Özüm də məəttəl qalıram. Yaşına, başına və keçmişdəki oynadığı obrazlara hörmət etmir. Hamıya söz atmışdı, bir mən qalmışdım?

O geyimdə nə var? Ramiz elə paltar geyinən görməyib? Onlara müraciət edirəm. Mənim bir çərçivəm var, o çərçivəni aşmağa qoymayın. Mənim ağzımı açdırmayın. Öz balaca ailəm, sənətimlə məşğulam. Ramiz, lazım olsa, çox şey danışaram. Səni hamı gözəl tanıyır. Özü də ki, nə geyinirəmsə, əcəb edirəm, özüm bilərəm. Bədənimin ölçüləri, boyum buna imkan verir. Kişidir, qadın şəklinə şərh yazmaqdansa, gedib ailəsiylə məşğul olsun. 

Bəsdir! İnsan bu yaşında Allaha ibadət edər, dost-tanışı ətrafına yığar. Bu nədir? Yaşlı vaxtında söz atırsan, hamıyla dalaşırsan. İşin-gücün yoxdur? Mənə heç kəs toxunmasın. Məni bu yerə onlar çatdırmayıb, Allahımın köməyi ilə uğurlar qazanmışam.

Mənə onun məsləhəti lazım deyil. İllər boyu ailəsinə, xanımına hörmətlə yanaşmışam. Xanımı müasir olub. Buna hörmətlə yanaşmışam. Ona sual vermək istəyirəm. Ramiz, əvvəldən belə qeyrətli idin, yoxsa indi qeyrətə gəlmisən? Bir daha deyirəm, mənə toxunmayın. Mən göydə Allahıma sığınıb, yerdə sənətimlə, qızımı böyütməklə, o balaca dünyamda yaşayıram”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik