Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə ATV-də yayımlanan "10-dan sonra" verilişində qonaq olub.
Aktrisa verilişdə aparıcı Yusif Ağayevə mərhum anasından söhbət açıb.
"Mən qızım üçün yaşayıram. Anam dünyasını dəyişəndən sonra sakitləşmirdim. Göz yaşlarım qurumurdu. Bir gün yuxuda gördüm ki, anamı aparırlar qəbrə qoymağa, suyun içərisindədir... Həmin an ona yaxınlaşdım. Dedim ki, ana, qalx buradan, əgər bu dəqiqə qalxmasan, özümü öldürəcəyəm. Anam da dedi ki, Məleykə, sən məni rahat yatmağa qoymursan. O qədər ağlayırdım ki... Qəbirdən durdu, əlini qarın nahiyəmə çəkdi, dedi ki, sənə bir qız övladı verirəm, get, başın ona qarışsın. Onu da deyim ki, mən neçə dəfə hamilə qalırdım. Amma uşaqlar vaxtından əvvəl doğulurdu və ölürdü. Qızım Gülər də vaxtından əvvəl dünyaya gəldi. Qızım Güləri mənə anam yuxusunda verdi. Anam dünyasını dəyişəndə mən hamilə idim", - deyə M.Əsədova deyib.
Verilişdən olan görüntüləri oxuculara təqdim edirik: