Məlikov: Dağıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar yardım göstərməyə hazırdır

SOSİAL
13:16 25.12.2024
111
Dağıstan AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar hər cür lazımi yardım göstərməyə hazırdır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov sosial şəbəkələrdə bildirib.

"Bu qəzada yaxınlarını və əzizlərini itirənlərə səmimi qəlbdən başsağlığı verirəm. Sizinlə birlikdə kədərlənir və dərdinizə şərik oluruq. Xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Dağıstan qardaş regionlara və onların sakinlərinə hər cür lazımi yardım göstərməyə hazırdır", - Dağıstan rəhbəri qeyd edib.

OXŞAR XƏBƏRLƏR