Meloninin Azərbaycana səfəri niyə önəmlidir? - Deputat açıqladı

Meloninin Azərbaycana səfəri niyə önəmlidir? - Deputat açıqladı
SİYASƏT
16:34 04.05.2026
822
İtaliyanın Baş naziri Corcia Meloni bu gün Azərbaycana səfər edəcək. Meloninin Bakı səfəri İtaliyanın Cənubi Qafqaz strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Roma üçün regionda enerji, ticarət və sənaye baxımından əsas tərəfdaşlardan biridir.

Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu səfər iki ölkə arasında dərin əməkdaşlıq perspektivlərini əhatə edir:

"İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana rəsmi səfərinin 2026-cı ilin may ayına təsadüf etməsi həm zamanlama, həm də siyasi və iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir. Bu səfər təkcə protokol xarakterli deyil, eyni zamanda iki ölkə arasında dərin əməkdaşlıq perspektivlərini əhatə edir. Burada əsas məsələlərdən biri enerji sahəsidir. Xüsusilə qaz təchizatının artırılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzindədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, xüsusilə Cənubi Avropa üçün enerji qovşağına çevrilməsi ehtimalları da müzakirə oluna bilər”.
 


Deputat vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi artıq kifayət qədər yüksəkdir:

Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi artıq kifayət qədər yüksək səviyyədədir. Səfər çərçivəsində yalnız neft-qaz sektoru deyil, eyni zamanda aqrar sahə, infrastruktur və texnologiya istiqamətində də yeni əməkdaşlıq imkanlarının yaranacağı gözlənilir. Bundan əlavə, sənaye və müdafiə sahəsində də əməkdaşlıq perspektivləri mövcuddur. İtaliyanın "Leonardo” kimi şirkətlərinin Azərbaycanın müdafiə sənayesində iştirak imkanları da müzakirə edilə bilər”.

Parlamentari vurğulayıb ki, siyasi baxımdan da bu səfər mühüm əhəmiyyət daşıyır:

"Siyasi baxımdan da bu səfər mühüm əhəmiyyət daşıyır. İtaliya Azərbaycanın Avropa İttifaqı çərçivəsində əsas tərəfdaşlarından biri hesab olunur və bu səfər münasibətlərin daha da möhkəmlənməsinə xidmət edə bilər. Azərbaycan Prezidentinin İtaliyaya əvvəlki səfərləri də iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verib. Bu dəfəki səfər çərçivəsində tərəflər üçün maraq doğuran bir sıra vacib məsələlərin müzakirə ediləcəyi gözlənilir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
10:37 02.11.2026
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
10:32 02.11.2026
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
10:28 02.11.2026
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
10:18 02.11.2026
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
10:11 02.11.2026
Qaytarıla bilməyən kreditlər bağlanacaq
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
10:03 02.11.2026
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
09:57 02.11.2026
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
09:55 02.11.2026
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
09:50 02.11.2026
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
09:41 02.11.2026
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
İranın xarici işlər naziri Türkmənistana səfər edib
09:39 02.11.2026
İranın xarici işlər naziri Türkmənistana səfər edib