“Məlumatı mətbuatdan öyrəndim” - Elçin Ağamalı partiyadan çıxarılmasından danışdı

“Məlumatı mətbuatdan öyrəndim” - Elçin Ağamalı partiyadan çıxarılmasından danışdı
SİYASƏT
22:20 07.11.2025
976
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı "Ana Vətən" Partiyasından qovulub. Bu barədə "Ana Vətən” Partiyasının İdarə Heyətinin iclasında qərar qəbul edilib. 

Məsələ ilə bağlı Elçin Ağamalı fikirlərini AZXEBER.COM-a bölüşüb.

O deyib ki, məsələ ilə bağlı ona məlumat verilməyib:

"Mən də hər kəs kimi bu məlumatı mətbuatdan oxumuşam. Biz Ədliyyə Nazirliyinə müraciət etmişik. Ədliyyə Nazirliyinin qurultaya hüquqi münasibəti, kimin partiya sədri olması və qurultayın necə keçirilməsi ilə bağlı rəyi olmadan fikir bildirmək istəmirəm. Nazirliyin müvafiq rəyi açılandan sonra addımlarımızı atacağıq. Sadəcə oturub belə bir qərar yazıb mətbuata açıqlayıblar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR