Memarlıq və İnşaat Universiteti döyülərək öldürülən tələbədən imtina edir? - AÇIQLAMA

Memarlıq və İnşaat Universiteti döyülərək öldürülən tələbədən imtina edir?  - AÇIQLAMA
SOSİAL
14:42 04.07.2017
5707

Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonunda ölüm hadisəsinin baş verib. 

AZXEBER.COM-un məlumatına görə, Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə tapılıb və yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib. O da qeyd edilir ki, həkimlər S.Mehdiyevin həyatını xilas edə bilməyiblər.

Dünyasını dəyişən S.Mehdiyevin Azərbaycan Memarlıq və İnşaat universitetin tələbəsidir. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva açıqlamasında bunu təsdiqləyib:

"Mehdiyev Samir Azi oğlu universitetin inşaat fakültəsinin ikinci kurs tələbəsidir. O, ikinci kursu bitirib üçüncü kursa keçib. Lakin onun döyülərək öldürülməsi yalandır. Mehdiyev Samir Qusarda avtomobil qəzasında ölüb”.

Maraqlıdır ki, Daxili İşlər Nazirliyi də hadisənin Bakı şəhərində baş verdiyini təsdiqləyib. Lakin universitetdən hadisənin Qusarda baş verdiyi deyilir. Görəsən, universitet rəhbərliyi nəyi və niyə görə ört basdır etməyə çalışır?

OXŞAR XƏBƏRLƏR