Məmmədyarovun növbəti görüşü

SİYASƏT
18:37 23.07.2015
890
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qafqazinfo”nun məlumatına görə, Elmar Məmmədyarov Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura arasında bağlanmış sazişin dekabrın 30-da Milli Məclis tərəfindən ratifikasiyası edildiyini və Şuranın Bakıda fəaliyyətə başladığını qeyd edib.

Tatyana Anodina Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakı şəhərində peşəkar fəaliyyəti üçün yaradılmış fəaliyyətə görə təşəkkürünü ifadə edib. O, eləcə də Azərbaycanın hava nəqliyyat infrastrukturunun inkişafı və dövlət tərəfindən bu sahəyə göstərilən qayğını qeyd edib.

Görüşdə Dövlətlərarası Aviasiya Komitəsi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR