Nazirlər Kabineti dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısında və sənədlərin qəbulunda dəyişikliklər edib.
AZXEBER.COM xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara görə, "Dövlət qulluğu üzrə müraciət Forması”nda dəyişikliklər edilib.
Dəyişikliklə bu məzmunda 2.4-cü bənd əlavə olunub:
"2.4. fərdi identifikasiya nömrəsi (FİN) ____________”.
Sənədin 14-cü hissəsi isə ləğv edilib.
Yeni qərarla 16-cı hissəyə "qayınananız” sözündən sonra "qayınlarınız, baldızlarınız” sözləri, "Doğulduğu tarix” sözlərindən sonra "(gün, ay, il)” sözləri əlavə edilib.
Bundan əvvəlki qərarda isə yalnız ata, ana, qardaşlar, bacılar, ər, arvad, uşaqlar, qayınata və qayınana haqqında məlumat vermək tələb olunurdu.