Məmur xanımlar geyim xərclərini açıqladılar

Məmur xanımlar geyim xərclərini açıqladılar
SOSİAL
16:47 16.02.2017
1192

Xanımların, özəlliklə dövlət işində işləyən xanımların geyim tərzi hər zaman diqqət mərkəzində olur.

Çünki aktiv həyat tərzi keçirdikləri üçün daim gündəmdə olurlar.

Bəs, görəsən, məmur xanımlar dəbi izləyirlərmi? Brendlərə münasibətləri necədir?
 
Millət vəkili Qənirə Paşayeva brend xəstəliyinə qarşı olan xanımlardandır: "Bunların hamısını artıq xərclənən pullar hesab edirəm. Mən şəxsən almıram. Çünki o qədər bahalı markalara, birincisi, mənim imkanım yoxdur. Amma olanda da almıram. Həmin cür geyimi orta markadan da almaq olar. Artıq qalacaq pulu kasıb uşağın oxumasına, təhsilinə, inkişafına, əməliyyatına, yəni imkanları zəif insanlara dəstək üçün xərcləmək olar".
 
Qənirə xanımın qarderobunda illər əvvəl alınmış geyimlər, çantalar var: "Mənim elə əlbisələrim var ki, 20 ildir məndədir. Televiziyada çalışdığım zamandan çantam var. Nə olsun ki? Bunu mən zəhmətimlə almışam, min bir çətinliklə almışam. O, mənim qarderobumda durur. Ona görə də mənim qarderobum zəngin görünür. Əsasən endirim dönəmindən yararlanıram. Buradan heç nə almıram. Çünki çox bahadır. Türkiyədən alış-veriş edirəm. Desəm ki, 1000 manata paltar almamışam, bəlkə də inanmayacaqlar, amma bu belədir. Bu qiymətə nə paltar, nə də ayaqqabı almışam. 600-700 manat vermişəm, daha çox üst geyimlərinə. Nə almışamsa, əgər geyimdirsə, 500 manatdan aşağı olub, üst geyimdirsə, o isə 1000 manatdan aşağıdır".
 
Binəqədi Bələdiyyəsinin sədri Aytac Əliyeva da dəb arxasınca qalmır. O hesab edir ki, məmur xanım geyim tərzinə xüsusi fikir verməlidir. Dəbdə olan geyimlər çox zaman onlara uyğun olmur: "Əslində, mən mənə yaraşana üstünlük verirəm. Ola bilər ki, dəbdə elə bir trendlər, müəyyən çalarlar olsun ki, iş xanımının, yaxud da ictimaiyyətdə mövqeyi olan bir insanın dəbinə, ümumi gündəlik rejiminə uyğun olmasın".
 
Aytac Əliyeva modelyerlərə nadir hallarda müraciət edir: "Yerli istehsal olan və zövqümü oxşayan geyimlər olanda üstünlük verirəm. Amma, ümumiyyətlə, Türkiyədə istehsal olunan əlbisələrə diqqət yetirirəm. Müəyyən seçimlər edəndə modelyerlərin şəxsən deyil, ümumi mövsüm üçün fikirlərinə diqqət edirəm, amma üzərimdə xüsusi işləyən imicmeyker yoxdur. İşimə uyğun imicmeykerliyimi özüm edirəm".
 
Deyirlər ki, insanı geyiminə görə qarşılayıb davranışına görə yola salarlar. Brend paltarlar geyinib-geyinməməyinizdən asılı olmayaraq, çalışın rəftarınız gözəl olsun!

/// lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
15:49 12.08.2025
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
15:38 12.08.2025
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR