Vərdişlərinizi dəyişmək sizin üçün asandırmı? Yoxsa qaydalarınızdan, nizamınızdan və fikirlərinizdən asanlıqla vaz keçmirsiniz? Bəziləri illərlə eyni qaydada yaşamağa davam edir, bəziləri xarakterindən güzəştə getmir, bəziləri isə ətrafındakı hər kəs dəyişsə belə öz bildiyindən dönmür. Bəs hansı bürclər "Mən beləyəm” deyərək dəyişməkdə israr edir?
Buğa
Buğa üçün vərdişlərindən imtina etmək heç də asan deyil. Səhər qəhvəsini həmişə eyni şəkildə içməkdən, evdə sevdiyi kresloda oturmaqdan, illərdir istifadə etdiyi əşyaları dəyişməməyə qədər bir çox xırda görünən şey onun həyatında oturuşmuş bir nizama çevrilə bilər.
Bir şeyi sevirsə, niyə dəyişsin ki? Yeni bir qayda təklif edildikdə onun dərhal uyğunlaşmasını gözləmək də çox real deyil. Buğa əvvəlcə öyrəşdiyi nizamın həqiqətən pozulmağa dəyər olub-olmadığını düşünür. Əgər razıdırsa, ətrafındakı hər kəs yeni bir şey sınasa belə, öz bildiyi kimi davam edir.
Bəzi vərdişləri ilə bağlı o, razı salınmağı deyil, olduğu kimi qəbul edilməyi gözləyir.
Şir
Şirin dəyişmək istəmədiyi məsələ çox vaxt özündən güzəştə getməməsidir. Bir mühitə daxil olduqda necə davranacağına, nəyə razı olub-olmayacağına başqalarının qərar verməsini xoşlamır.
Xüsusilə özünü alçaldacağını və ya dəyərindən güzəştə getməsinə səbəb olacağını düşündüyü bir məsələdə sırf qarşı tərəf istəyir deyə geri addım atmır.
Səhvini fərq etsə belə, bunu hamının qarşısında qəbul etməkdənsə, öz daxilində dəyərləndirməyə üstünlük verə bilər. Çünki Şir üçün məsələ həmişə haqlı çıxmaq deyil; özünə olan hörmətini itirməməkdir.
Bu səbəbdən bəzi davranışlarını dəyişməsi üçün üzərinə çox gedildikdə, daha da inadkar mövqe nümayiş etdirə bilər.
Qız
Qızın dəyişmək istəmədiyi şey vərdişdən daha çox iş görmə tərzidir. Bir işi necə edəcəyini beynində müəyyənləşdiribsə, başqasının üsuluna keçmək ona vaxt itkisi kimi görünə bilər.
Dolabı səliqəyə salmaqdan bir sənədi hazırlamağa, alış-veriş siyahısından gündəlik planına qədər öz sistemini qurur və həmin sistemdən kənara çıxmaq istəmir.
"Bunu daha asan edə bilərsən” deyildikdə belə, dərhal razılaşmır. Çünki Qız üçün asan olan hər zaman daha yaxşı demək deyil.
Öz üsulu ilə nəticə əldə edirsə, niyə dəyişsin? Bir şeyi illərdir eyni şəkildə edirsə, həmin metodu dəyişməsi üçün həqiqətən güclü səbəb lazımdır.
Əqrəb
Əqrəbin dəyişmək istəmədiyi şey isə çox vaxt insanlarla arasında qoyduğu sərhədlərdir. Kimisə həyatına daxil etməsi vaxt aparırsa, bunu sürətləndirməyə çalışmaq, incidiyi bir insana yenidən güvənməsini istəmək və ya hər kəsə özünü açmasını gözləmək asan deyil.
Bir dəfə sərhəd qoyubsa, həmin sərhədin niyə mövcud olduğunu özü çox yaxşı bilir.
Əqrəb ətrafından gələn "Bir şans da ver”, "Bu qədər məsafəli olma” kimi sözləri dinləyə bilər, amma qərarını asanlıqla dəyişmir.
Çünki onun üçün bəzi şeylər bir dəfə yaşandıqdan sonra əvvəlki kimi davam etmək mümkün deyil. Özünü qorumaq üçün yaratdığı nizamı pozmaqdansa, olduğu kimi qalmağa üstünlük verir.
/Demokrat.az











































