`Mən doğulandan Bərdədə qaz yoxdur` - Soyuqdan donan körpələr

`Mən doğulandan Bərdədə qaz yoxdur` - Soyuqdan donan körpələr
SOSİAL
11:40 29.11.2016
1696
 
Bərdə rayonu, Heydər Əliyev prospektində yaşayan məcburi köçkünlər onların mənzillərinə qaz çəkilməməsindən şikayətlənib. 60 ailənin yaşadığı Meyvə bağları deyilən ərazinin yaxınlığından qaz xətti keçsə də, onlar bu qazdan istifadə edə bilmir.

Sakinlərin verdiyi məlumata görə, qaz xətti onların evlərinin yaxınlığından keçir. Bunun üçün dəfələrlə Bərdə Rayon İcra Hakimiyyətinə, Qaz İdarəsinə, Azəriqaz İB-nə müraciət edilsə də, tədbir görən olmayıb.
Xüsusilə azyaşlı uşaqlar soyuqda yaşamağın çətinliyindən gileyləniblər.

Femida.az Bərdə rayonundan hazırladığı videoreportajı təqdim edir:
 

 

OXŞAR XƏBƏRLƏR