“Mən evdə Samiraldo yox, evin kişisi olacam” - Samiraldo

MAQAZİN
16:22 12.05.2014
12472
Samiraldo kimi tanınan stilist hər kəsi təəccübləndirəcək açıqlama verib. 
AZXEBER.COM-un məlumatına görə,ANS telekanalında yayımlanan “Evdəyik” adlı verilişin qonağı olan stilist Samiraldoya aparıcı “Ailə quracağın qız səni bu geyim tərzi ilə qəbul edirmi?” sualını verib. 
Cavabında isə Samiraldonun belə deyib: “Onunla mən 30 ildir bir-birimizi tanıyırıq. O, məni uşaqlıqdan tanıyır. Özü hər zaman mənə deyirdi ki, istəyirəm sənin kimi həyat yoldaşım olsun. 
Ailə həyatı qurandan sonra mən evdə Samiraldo yox, evin kişisi olacam, yəni Samir Əliyev”.
OXŞAR XƏBƏRLƏR