‘Mən gözüyaşlı idim,ağlayırdım’ - Qənirə Paşayeva

‘Mən gözüyaşlı idim,ağlayırdım’ - Qənirə Paşayeva
SİYASƏT
00:10 09.09.2014
1177

“İnsanın əzizini ağladığı mərasimdə insanların iştahla yemək yeməsi kimi üzücü mənzərədən xilas olacağımız üçün hamımız sevinməli və bu addımları dəstəkləməliyik”.

AZXEBER.COMməlumatına görə, bu fikirləri millət vəkili Qənirə Paşayeva şəxsi facebook səhifəsində bölüşüb. Deputat son günlər Tovuzda kəndləri ziyarət etdiyini və bir neçə hüzr yerinə baş çəkdiyini bildirib:

“Çoxlu sayda insanlar hüzr yerləri ilə bağlı yeni qaydalarla bağlı suallar verirdilər və bunun önəmi barədə xeyli müzakirələr aparırdıq və hər dəfə də vurğulayırdım ki, əslində biz hamımız bundan məmun olmalıyıq. Heç bir müsəlman ölkəsində hüzr yerlərində belə yemək mərasimləri olmur və bu dinimizə görə də əslində günahdır. Millət vəkili olduğum bu 9 il ərzində neçə müraciətlər oldu seçicilərim tərəfindən ki, yaxınlarının hüzr yerində hamı kimi yemək verə bilmək üçün borc alıblar və qaytara bilmirlər. Çətinliklə üzləşiblər. Nə üçün yemək verə bilmək üçün borc alırdınız sualına isə hər zaman eyni cavabı alırdım. Elin qınağından qorxduq ki,sonra deyəcəklər əzizinə normal bir ehsan da vermədi. Vəziyyət belə idi və öz adımdan da, seçicilərim əksəriyyəti adından da Dini Qurumlar üzrə Dövlət Komitəsinə, xüsusilə də Mübariz Qurbanlıya təşəkkür edirəm ki, neçə illərdir nə qədər danışılsa da həllini tapa bilməyən bu məsələnin həlli istiqamətində ciddi addımlar atılmağa başlanıldı”.

Qənirə Paşayeva yas mərasimləri ilə bağlı mövqeyini şəxsi təcrübəsindən çıxış edərək də ifadə edib:

“Qəfil vəfat edən əmimin yasını heç unutmuram. Mən gözüyaşlı idim,ağlayırdım. İnsanlar isə yemək yeyirdilər. Mənə çox ağrıdıcı gəlmişdi və bilirəm ki, bu cür özünü hiss edən insanların sayı çox olub. İnsanların əksəriyyəti hüzr yerləri ilə bağlı son qərarları dəstəkləyir və bəzi insanlarımız da onun önəmini tam anladığı zaman dəstəkləyəcəyinə inanıram. Çünki əslində yas sahiblərininin bir çoxu ciddi çətinliklərdən xilas olub. Nə qədər insanlar vardı ki, onlar hüzrlərində yemək verə bilmək üçün əziyyətlər çəkirdilər. Və onların sayı az deyildi. İndi onlar bundan sonra hüzürə gələnlərin qarnını doyurmaq,bəziləri hətta bunun üçün haradan,kimdən borc alacağı,onu sonra necə qaytaracağı barədə deyil, vəfat etmiş yaxınını son yolçuluğa yola salmaq və himayəsində qalanların taleyini düşünəcəklər. Biz hamımız cəmiyyətin ziyalıları bu addımları dəstəkləməklə bərabər bölgələrdə, kəndlərdə onun tam həyata keçə bilməsi üçün əlimizdən gələni etməliyik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO