"O, özünü bütün Azərbaycana tanıtdı" - VİDEO

SOSİAL
17:30 29.12.2024
205
"O, özünü bütün Azərbaycana tanıtdı. Allah ona rəhmət etsin". 
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında təyyarə qəzası zamanı həyatını itirən Hökümə Əliyevanın qohumu Rahibə Yusifova deyib.
 
O, sonuncu dəfə Höküməni bir il əvvəl gördüyünü deyib: "Sonuncu dəfə Höküməni uzun müddət, bir il əvvəl görmüşəm. Çox yaxşı, çox mülayim bir qız idi. Hökümənin atası əmimoğlu, anası isə xalamqızıdır. Biz Hökümə ilə fəxr edirik. O, bizim başımızı uca etdi. Çox cəsur  və kişi qeyrətli qız idi". 
 
Hükümənin dayısı oğlu da onunla fəxr etdiyini bildirib: "Hökümə ziyalı ailəsində böyüyüb. Atası məktəb direktoru olub. Hökümə isə öz işi, elmi və kitabları ilə məşğul olan qız olub. Arzuları ilə böyüyən qız olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 32 yaşına qədər magistratura və doktorantura təhsili alıb. Bir müddət Goranboy rayonu məşğulluq idarəsində çalışıb. 2016-cı ildən isə AZAL-da işləməyə başlayıb. Dövlətə xidmət etmək təkcə suverenliyin və ərazi bütövlüyünün uğrunda canını fəda etməklə yekunlaşmır. Eyni zamanda vəzifəsinin öhdəsindən sədaqətlə gəlmək də dövlətə xidmət və qəhrəmanlıq sayılır".
 
Günel Hüseynli
 

OXŞAR XƏBƏRLƏR