Müğənni İlahə İbadova sosial media paylaşımı ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, o, öz ünvanına təriflər yağdırıb.
O, özünü kraliça adlandırıb:
"Mən özümə təşəkkür edirəm! Bu həyata güclü ruhla gəldiyim üçün. Seçilmiş olduğumu hiss edib qəbul etdiyim üçün. Hər çətinlikdə sınmayıb daha da parladığım üçün. Mən təşəkkür edirəm…
Gözəlliyimə, cazibəmə, qadın gücümə, daxilimdəki kraliçanı oyatdığım üçün. Mən sadəcə biri deyiləm, mən qururam, yaradıram, təsir edirəm. Mən 22-nin enerjisiyəm, mən seçilmişəm, mən kralişayam!"
Aysel











































