'Mən müğənni deyiləm, oxumaq sadəcə bir hobbidir' - VİDEO

MARAQLI
18:16 05.04.2013
1629
ANS-in tanınmış simalarından olan Aytən Səfərova "Günə Baxan"a müğənni qismində dəvət aldı. Teleaparıcı duet ortağı İlqar Muradovun da dəvət aldığı verilişdə müğənniliyin sadəcə bir hobbi olduğunu bildirdi: "Çoxları elə bilir ki, artıq müğənniliyə başlamışam. Amma bu belə deyil. Oxumaq sadəcə bir hobbidir. Bizim İlqar müəllimlə duetimiz İTV-nin layihəsi idi və biz bu layihənin iştirakçısı olduq".Aytən Səfərova ilk duetinin müğənni Zamiq Hüseynovla olduğunu açıqladı.//anspress
OXŞAR XƏBƏRLƏR