Tramp prezident seçiləcəyi təqdirdə Moskva və Kiyev arasında birbaşa danışıqlar aparacağını dedi.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən prezident olacağı təqdirdə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar təşkil etmək niyyətindədir. Bu barədə o , Fox News-a danışıb:
"Hərbçilərimizin döyüş sursatı yoxdur. Biz böyük məbləğdə, demək olar ki, bütün döyüş texnikalarımızı Ukraynaya vermişik. İnsanlara kömək edəcəyik, mən müharibəni dayandırmaq istəyirəm. Bunun davam etməsini istəmirəm. Həm Volodimir Zelenskini , həm də Vladimir Putinlə yaxşı anlaşıram. Demək istəyirəm ki, razılaşma olana qədər heç nə əldə edə bilməyəcəksiniz".
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydeni Ukraynada münaqişəyə icazə verdiyinə görə dəfələrlə tənqid edib.
Şəbnəm Zahir