"Mən qızım üçün yaşayıram" - İbrahim Borçalı

"Mən qızım üçün yaşayıram" - İbrahim Borçalı
MAQAZİN
12:51 02.12.2025
148
"Mən qızım üçün yaşayıram. Hər verilişə gedəndə mənə deyir ki, əsəbiləşmə".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı deyib.
 
"Rəngarəng" verilişində qonaq olan sənətçi qızı Aysudan danışıb:
 
"Mən bu həyatda bir tək qızım üçün yaşayıram. Hər verilişə getmirəm, gedəndə də mənə dəfələrlə deyir ki, əsəbləşmə, bax digər qonaqlar kimdir. 22 yaşı var, həkim-kosmetoloq olacaq inşallah, oxuyur, çalışır. Allah bütün qız övladlara gözəl bəxt versin. Əsas olan budur".
 
Xatırladaq ki, sənətçinin övladı 2020-ci ildə ağır yol qəzası zamanı vəfat edib. Türkiyədəki Aydın Adnan Menderes Universitetində "İqtisadiyyat və maliyyə” ixtisası üzrə təhsil alan Rəhimin 21 yaşı var idi.
 
Aysel
OXŞAR XƏBƏRLƏR