"Mən sənətimin yolunda şəhidəm. Gərək yıxılıb ölüm ki, deyəsiniz Elza öldü?"
AZXEBER.COM xəbər verir ki,bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib.
"Mən musiqilərimi yazanda necə çətin anlar yaşayıram, nə günəlrə düşürəm, bilmirsiniz. Bəstəmi dinləyib ağlayıram. Bu sanki uşaq dünyaya gətirməyə bənzəyir. Mən kiməm ki, bunu belə yazım? Bu hamısı Allahın işidir. Öz işimə baxıb saatlarla onun gözəlliyinə ağlayıram. Mən sənətimin yolunda şəhidəm. Gərək yıxılıb ölüm ki, deyəsiniz Elza öldü?" deyə Əməkdar artist bildirib.
Aysel