"Mən sənsiz necə yaşayacağam?!" - Məşhur müğənni arvadını dəfn etdi

"Mən sənsiz necə yaşayacağam?!" - Məşhur müğənni arvadını dəfn etdi
DÜNYA
10:40 26.12.2018
6518
İndoneziyanın ən populyar müğənnilərindən olan Riefian Fajarsyah lideri olduğu "The Seventeen" qrupunun 3 solistini və xanımını torpağa tapşırıb.

AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, "Kiçik Krakatau" vulkanın püskürməsi nəticəsində Zond körfəzində yaranmış sunami Sumatra və Yava adalarını vurub.

Sunami nəticəsində 429 insan həlak olub, 1424 nəfər yaralanıb, 128 nəfər itkin düşüb.

Yava adasındakı Banten bölgəsində, Pandeqland Ricensidəki Panta Tanjuq Lesunq çimərliyindəki beşulduzlu oteldə konsert verən "Th Seventeen" qrupunun şousu zamanı sunami dalğaları konsert arenasını vurmuşdu.

Bu zaman qrupun gitaraçıları Aval Bani Purbani və Herman Sekumbanq, menecer Oki Vijaya və prodüser həlak olublar.

6 metr hündürlüyündəki dağlanın vurduğu arenadakı tamaşaçılar arasında Riefian Fajarsyahin xanımı, İndoneziyanın gənc və populyar aktrisalarından olan Dilan Sahara da vardı.

26 yaşının tamam  olmasından bir gün əvvəl D.Sahara sunamidə həlak olub.

Dünən D.Sahara və qrupun həlak olmuş üzvləri dəfn olunublar.

Riefian Fajarsyah xanımının tabunu qarşısında duraraq ağlamaqdan özünü güclə saxlayıb.

O, "Mən sənsiz necə yaşayacağam?!" deyərək xanımının tabutunu sığallayıb.
OXŞAR XƏBƏRLƏR