'Mən şəxsi həyatımı gündəmə gətirmək istəmirəm' - Namiq Qaraçuxurlu

MAQAZİN
10:26 10.05.2013
2103
Meyxanaçı Namiq Qaraçuxurlu media nümayəndələrə müraciət edib. Namiq söyləyir ki, jurnalistlər onun işlərindən yazsın, buna görə onu tənqid hədəfinə çevirsinlər, verilişlərdə qaralasın, amma şəxsi həyatınə toxunmasınlar: “Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, hər zaman jurnalistlər və mediya nümayəndələrindən xahiş etmişəm ki, ağı qaradan seçə bilsinlər. İllərcə şəxsi həyatımı mediya gündəmə gətirib. İllərcə də bildirmişəm ki, mən şəxsi həyatımı gündəmə gətirmək istəmirəm. Sadəcə gizli çəkiblər, yenə də danışmamışam. Jurnalistin düşüncəsinə də bax ki, guya mən özüm şəxsi həyatımı gündəmə gətirmişəm”.

OXŞAR XƏBƏRLƏR