“Mən "toylar kralı"yam, amma bunu dilə gətirmirəm” - Manaf etiraz etdi

“Mən "toylar kralı"yam, amma bunu dilə gətirmirəm” - Manaf etiraz etdi
MAQAZİN
10:37 09.12.2025
98
"Mən o boyda "Toylar kralı" yarışmasının qalibiyəm, amma hər yerdə deyirəm mənə elə Manaf Ağayev deyin. Təkəbbürlü olmaq lazım deyil".
 
AZXEBER.COM xəbər verir ki, bunu Manaf Ağayev deyib.
 
"Tarixin bir günü" verilişində qonaq olan sənətçi Tacirə etiraz edib:
 
"Bu sənətdə çox insan var ki, Tacirin qarşısında oxuya bilər. Qadınlardan Zenfira İbrahimova, kişilərdən Eldəniz Məmmədov. Bu iki insan kimi oxuya bilən başqa biri varsa gəlsin canlı yayımda onlarla oxusun, bütün maliyyə dəstəyini mən edəcəyəm. Hədiyyə də verəcəyəm, buyursunlar gəlsinlər. Təkəbbürlü olmaq, özünü şah adlandırmaq lazım deyil. Onsuz da Tacirin sənəti var. Buna heç kəs şübhə etmir.
 
Mən böyük "Toylar kralı" müsabiqəsinin qalibi olmuşam. Bu günə qədər də o adımı qoruyub saxlayıram. Hansı məclisdə oluram, deyirlər sizi necə təqdim edək? Deyirəm elə Manaf Ağayev deyin. Çünki Manaf o addan da güclüdür".
 
Aysel

OXŞAR XƏBƏRLƏR