"Nə olar, dostlar, mənə "Başın sağ olsun" deməyin! Lütfən, deməyin! O başın ki, tacı düşüb, nəyinə, harasına salamatlıq gərək?"AZXEBER.COM-un məlumatına görə, xalq artisti atasının anım günü ilə bağlı başsağlıqları qəbul edərkən belə deyib.Faiq Ağayev 4 il əvvəl itirdiyi atasının yoxluğu ilə hələ barışa bilmədiyini deyir: "Zaman amansızdır... Ruhun şad, məkanın Cənnət olsun, ata. Ölüm həyatın bədəli və gerçək üzüdür. Amma biz bunu yaxınlarımızdan biri vəfat etməyənə qədər, sanki heç zaman bizə gəlməz deyə bilirik, hiss edirik. Amma bir gün bizim və hər kəsin ən yaxınlarının da qapısını çalır. Ürəyim ağlayır..."