"Mənə müəllim deməlisiniz, çünki..." - Aşıq Namiqdən aparıcıya irad

"Mənə müəllim deməlisiniz, çünki..." - Aşıq Namiqdən aparıcıya irad
MAQAZİN
14:26 13.10.2025
191
"Müəllim olmayanlara müəllim deyirsiniz, mən 20 ildir tələbə yetişdirirəm, mənə niyə demirsiniz?"
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri aşıq Namiq Fərhadoğlu "Qonaqcanlı" verilişində deyib.
 
O, aparıcı Aytəkin Mərdanovaya iradını bildirib:
 
"Müəllim olmayanlara müəllim deyib təqdim edirsiniz, mən 20 ildir tələbə yetişdirirəm. Böyük sənətkarlar mənə müəllim deyə müraciət edir. Bəs siz niyə demirsiniz? İnsanları məhv edən bax bu paxıllıq hissidir. Bu boyda layihələrim, tələbələrim var, müəllim demək lazımdır.
 
Bəziləri var ki, tələbələrimlə gəlirəm efirinə, onların yanında mənə deyir ki, "Ay Namiq". Belə şey olar? Heç olmasa tələbələrin yanında eləmə, müəllim de".
 
Aysel


OXŞAR XƏBƏRLƏR