"Mənə nə atam, nə də onun nəsli maraqlıdır" - Şəbnəm qadağa qoydu

"Mənə nə atam, nə də onun nəsli maraqlıdır" - Şəbnəm qadağa qoydu
MAQAZİN
12:58 23.09.2025
301
Müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Rəngarəng" verilişində etirafı ilə diqqt çəkib.
 
AZXEBER.COM xəbər verir ki, o, canlı efirdə doğma atası ilə danışmadığını bildirib.
 
Daha sonra dünyasını dəyişmiş anasından söhbət açan müğənni göz yaşlarına hakim ola bilməyib:
 
"Öz atamla danışmıram, bu mənim üçün vacib də deyil. Sadəcə salam və sağ ol edirəm. Sadəcə bibimi, əmimi, bacım Aytacı sevirəm. Yazığım isə ancaq rəhmətlik anama gəlir. Çox heyif. Mən atamı heç vaxt bağışlamayacağam. Nə bu dünyada, nə də axirətdə. Mənim bir atam var, o da məni böyüdən Ələddindir! O qədər gözəl uşaqlığım olub ki, onun sayəsində. Çox ziyalı və böyük bir ailədə böyümüşəm. Atam tərəfin nəslindən isə mənə bibim, bacım, əmimdən başqa heç kim maraqlı deyil. Mən də onlara maraqlı olmayım. Bir daha bu haqda sual eşitmək istəmirəm. Bunu mənə etməyin!"
 
Aysel
OXŞAR XƏBƏRLƏR