‘Mənə o gecə dünya liderlərindən yalnız Qətər əmiri zəng vurdu’ – Ərdoğan incikliyini bildirdi

‘Mənə o gecə dünya liderlərindən yalnız Qətər əmiri zəng vurdu’ –  Ərdoğan incikliyini bildirdi
DÜNYA
14:44 01.08.2016
16830

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ATV kanalına verdiyi açıqlamasında 15 iyul – qiyam gecəsində ona zəng vuran dünya liderlərindən danışıb.

AZXEBER.COM xəbər verir ki, o hadisədən bir neçə saat sonra Qətər əmirinin davamlı şəkildə zəng vurduğunu deyib:

“Bir neçə istisnadan başqa Qətər Əmirinin adını söyləyə bilərəm. Davamlı şəkildə mənə zəng vurub vəziyyətlə maraqlanırdı. Səhərisi gün artıq Rusiya prezidenti və ABŞ prezidenti zəng vurmuşdu. Hərkəs bilir ki, bura bir NATO ölkəsidir. Belə bir ölkədə demokratik yolla seçilən hakimiyyəti devirmək istəyirdilər. Onlarsa reaksiya verməkdən, hadisələrin nə ilə bitəcəyini gözləyirdilər. Mən bunu düzgün hal hesab etmirəm. Əgər dürüst olmayacaqdınızsa sizin sonraki zənglərinizin heç bir əhəmiyyəti yoxdur”.

Ərdoğan açıqlamasında məhkəmə prossesinin davam etdiyini və hazırda 10 min 137 nəfər haqqında həbs qərarının çıxarıldığını deyib.

Jalə

OXŞAR XƏBƏRLƏR