Geyim seçimi insanın xarakterinin göz önündə olan nümunəsidir. Belə ki, insanların geyindiyindən çox, onun paltarının rəng seçimi mütləqdir. İlk dəfə qarşılaşdığınız insanlar haqqında nə düşünməyi bilmirsinizsə, o zaman bunları bilməyiniz kifayətdir:
Qara rəngin həvəskarı olan insanlar əsl aqresiya nümunəsidir. Əgər qarderobunuz qara rəngli paltarlarla zəngindirsə, bu sizin aqresiv olmanızdan xəbər verir. Bəzən isə artıq kilo problemi olan insanlar bu rəngə üstünlük verirlər. Əslində isə artıq çəkiləri rəngli paltarlarla da gizlətmək mümükündür. Sadəliyi sevən insanlar ağ rəngdən imtina edə bilirlər. Bu rəngə üstünlük verənlər ürəkli insanlar olmaqla yanaşı, sadə, rahat həyat yaşamaq həvəskarıdırlar.
Özünə güvənən qadınlar hər zaman boz rəngə üstünlük verirlər. Özünə güvənən, hər zaman öz qərarlarına üstünlük verən insanlar bu rəngdən imtina edə bilmirlər. Bu rəngin həvəskarlarının bir deyimi var. “Dünyada yalnız mən önəmliyəm” . Onuda qeyd edək ki, bu rəngin istifadəçilərində eqo hissi aşırı dərəcədə olur.
Mavi huzurun rəngidir. Rəng mütəxəssislərinə görə əks yaşamın rəngi mavidir. Belə ki, bu rəngin həvəskarları baş verənlərə qarşı tərs getməyi sevirlər. Bu rəngin istifadəçiləri asan əsəbləşməzlər. Onlar üçün rahat yaşamın düsturu həyatı axarına buraxmaqdan ibarətdir.
Yaşıl rəng ümid deməkdir. Siz ətrafınızı daim təbəssümlə müşaiyyət edirsiniz. Sizə xoşbəxt demək olar. Lüks həyatı sevirsiniz. Ən çıxılmaz vəziyyətlərdə belə ümidiniz tükənmir. Əyləncəni sevənlər sarıdan imtina edə bilmir. Sarı sevirsənizsə, olduqca əyləncəli insansınız demək. Sarı rəng həvəskarları diqqət mərkəzində olmağı sevirlər. Fərqli işlər ardından qaçmaqdan yorulmursunuz.
Romantizm, eşq və mərhəmətin rəngi qırmızı... Özgüvəni güclü olan insanlar bu rəngə heyrandılar. Qarderob anlayışı insanın xarakterindən başlıca xəbər verir. Odur ki, seçdiyiniz rənglərin sizin tamamlamasına diqqət etməyi unutmayın.
Fatimə İbrahimova