“Mənə şəhidlik qismət olmadı, bu zirvəyə övladım yüksəldi” - VİDEO

“Mənə şəhidlik qismət olmadı, bu zirvəyə övladım yüksəldi” - VİDEO
SOSİAL
13:54 21.07.2020
1638

İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəgedən ağır döyüşlər zamanı şəhid olan vətənin igid övladlarından biri də İsmayıllı rayonunun Balik kənd sakini Xəyyam Daşdəmirovdur.

Baku tv vətən uğrunda canını fəda edən qəhrəmanımızın doğulduğu Balik kəndindəki evinə yollanıb.



Şəhid Xəyyam Daşdəmirov 3 ay öncə hərbi xidmətə yola düşmüşdü. "Mən hərbi xidmətə yola düşəcəyəm, Vətən məni gözləyir” deyərək sevincini ilk dəfə atası ilə bölüşmüşdü qəhrəmanımız.

Onun cəsurluğu, vətənə olan sevgisi ailədən qaynaqlanır. Hələ Birinci Qarabağ müharbəsi dövründə şəhidimizin atası Məhəmməd Daşdəmirov qızığın döyülərin iştrakçısı olub. "Mənə şəhidlik qismət olmadı, bu zirvəyə övladım Xəyyam yüksəldi” deyir, şəhid atası...

Bəli bu gün öz qanı, canı bahasına vətənin müdafiəsi uğurunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Xəyyam öz cəsurluğu ilə düşmana meydan oxuyaraq şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.

Anası onun uşaqlıqdan bəri Vətənə bağlı böyüdüyünü deyir. Məktəb illərində qazandığı uğurlar, idman sahəsində əldə etdiyi nailiyyətləri onun cəsurğundan xəbər verirdi. Hərbi xidmətə yola düşəndə dinlədiyi "Ana, mən şəhid olacam” müsiqsi isə şəhid anasının ürəyinə qürurlu bir xal salmışdı.

Babası Şükür kişi isə Xəyyamın şəhidlik xəbərini almazdan bir həftə öncə ona göndərdiyi pulu xərcləməyə qismət olmadığını deyir. Amma qürurlu baba "təki vətən sağ olsun” deyərək ağrı-acısını ürəyində yaşayır.

Hər iki nənə üçün nəvə övladdan belə əzizidir. Onlar Xəyyamı körpəliyində qucaqlarında böyütmüşdülər. Hələ nənələrin arzuları da var idi. Nənələri Xəyyamı ağ örpəkdə yox, bəylik geyimində görmək istəyirdilər. Ancaq vətən sevgisi Vağzalı sədalarını vətənin harayına səsləyən marşlarla əvəzləndi Daşdəmirovların ocağında.

Dövlətin qayğısı isə hər zaman şəhid ailərinin üzərindədir. 

Bu gün Xəyyam Daşdəmirovlar ailəsinin deyil, bütün Azərbaycanın qəhrəmanövladına çevrilib. Onun məzarına hər gün yüzlərlə inşan baş çəkir, qəbrini ehtiramla ziyarət edirlər.

Biz də igid övladımızı, vətən uğrunda canını qurban verən qəhrəmanımızı ziyarət üçün dəfn oldunduğu Balik kənd qəbiristanlığına üz tutduq.

Torpaq – uğrunda ölən varsa, Vətəndir. Şəhidlərimiz torpağın altına yox, onları sevən milyonların qəlbinə köçür.Allahbütünşəhdimlərimizə rəhmət etsin...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək