‘Mənə və oğluma qarşı çox böyük tələ qurulub’ – Oğlu həbs edilən nazir

DÜNYA
00:01 23.12.2013
1249

“Mənim və övladımın hansısa bir yanlış hərəkəti ola bilməz. Mənə və oğluma qarşı çox böyük tələ qurulub”

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbər görə, bu sözləri iqtisadiyyat naziri Zəfər Çağlayan mətbuata verdiyi açıqlamada söyləyib.

Nazir oğlu Salih Kaan Çağlayanın “böyük rüşvət” əməliyyatı zamanı həbs olunması ilə bağlı danışıb və oğlunun evindən tapılan pulların ona aid olmadığını bildirib:

“Kimsə bizimlə çox pis oynayır. Əvvəl oğlumu tutdular daha sonra mənim adımı da rüşvət iddialarında hallandırdılar. Yaxın gələcəkdə hər şey ortaya çıxacaq. Hüququn aliliyinə heç kəs şüphə etməsin. Əgər kiminsə bir səhvi varsa hamı qanun qarşısında cavab verəcək”.

Xatırladaq ki, dünən İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.

Məlumata əsasən, iş adamlarının həbsinə səbəb korrupsiya, qaçaqmalçılıq, narkotik maddələrin satışı və rüşvətlə bağlı ittihamlar olub.

OXŞAR XƏBƏRLƏR