“Mənə yazığınız gəlsin” - Erməni diversant

“Mənə yazığınız gəlsin” - Erməni diversant
SİYASƏT
11:50 04.12.2023
240
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən ilk iclasda müttəhimin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Hakim təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan hüquqlarını izah edib, dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edildiyini bildirib. İş üzrə dövlət itthamının müdafiəsi prokuror Müşfiq Rəhimova həvalə edilib.
OXŞAR XƏBƏRLƏR