Meneceri Güllünün intiharı ilə bağlı yayılan xəbərləri yalanlandı

Meneceri Güllünün intiharı ilə bağlı yayılan xəbərləri yalanlandı
MAQAZİN
11:22 26.09.2025
284
Xəbər veridiymiz kimi, türkiyəli müğənni Güllü evinin eyvanından yıxılaraq dünyasını dəyişib. 

AZXEBER.COM xəbər verir ki, bu haqda 51 yaşlı ifaçının oğlu məlumat vermişdi. 

Müğənninin köməkçisi Deniz adlı xanım verdiyi açıqlamada intihar xəbərlərini təkzib edib:
 
"Güllü ilə yanaşı evlərdə yaşayırıq. Axşam qonaqları var idi. Çox əyləncəli bir axşam keçirmişdik. Sonra e-cı mərtəbədə yerləşən evinin eyvanına çıxıb və müvazinətini itirərək yıxılıb. Təəssüflər olsun ki, dünyasını dəyişib. Onun intihar etməsi ilə bağlı yayılan xəbərlər əsassızdır".
 
Qeyd edək ki, bir gün öncə Güllünün evinə şifrəli təhlükəsiz qapı quraşdırdığı məlum olub.
 
Polis ölüm faktı ilə bağlı araşdırma başladıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR