“Məni ASALA ilə hədələyiblər” - Fransalı deputat

“Məni ASALA ilə hədələyiblər” - Fransalı deputat
DÜNYA
21:59 02.11.2020
927
"Təxminən 10 gün bundan əvvəl Fransanın "Figaro” qəzeti Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqındakı müsahibəsini dərc etmişdi. Mən də öz növbəmdə həmin məqaləni öz şərhlərimi bildirərək "Facebook" səhifəmdə paylaşmışdım və bildirmişdim ki, Fransanın mövqeyi beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini qəti şəkildə dəstəkləməkdən ibarətdir”.

AZXEBER.COM xəbər verir ki, bunu Oxu.Az-a Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber deyib.

O, ölkə başçısı İlham Əliyevin müsahibəsini özünə məxsus "Facebook” səhifəsində dərc etdiyi üçün təzyiqlərlə üzləşib. 63 yaşlı fransız millət vəkili Fransa hökumətinin mövqeyini əks etdirən fikirlər ortaya qoysa da, ölüm təhdidi ilə qarşılaşdığını bildirib:

"Qeyd etmişdim ki, İlham Əliyevin müsahibəsi azərbaycanlıların nöqteyi-nəzərini və hazırkı vəziyyətlə bağlı ən ideal fikri öyrənməyə imkan verir. Əlimizdə erməni tərəfindən də gələn bir sıra informasiyalar mövcuddur. "Facebook” üzərindən yazdığım bu mesaj bir çoxlarını, xüsusilə erməni əsilli fransızları qıcıqlandırıb və onlar mənə təhqir və təhdid dolu mesajlar göndərmiş, məni ASALA kimi terror təşkilatları ilə hədələyiblər. 

Mən bütün bu təhdidlərə cavabımı verib, parlamentdəki missiyamı yerinə yetirməyə və ölkəmin məsələ ilə bağlı mövqeyini müdafiə etməyə davam etdim. Ölkəmin mövqeyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri dəstəkləməkdir. Ölkəmin mövqeyi dəyişməzdir və mən bunu dəstəkləyirəm. Bu təhdidlər bizim mövqeyimizi dəyişməyəcək. Eyni zamanda bu təhdidlər göstərir ki, bəzi ekstremist ermənilər sülh, ədalət və BMT TŞ qətnamələrinin icra olunması tərəfdarı deyillər”.

Jerom Lamber onu da bildirib ki, Fransanın TF1 telekanalının jurnalisti Liseron Budulun da Azərbaycanla bağlı reportajına görə təzyiqlə üzləşdiyini xatırladıb:

"Mən həmçinin TF1 kanalının jurnalistinin Azərbaycan ərazisindən hazırladığı reportajın milliyətçi ermənilər tərəfindən necə kəskin şəkildə tənqid olunduğunu da gördüm. Həmin jurnalist də təhdidlər alıb və TF1 kanalına da Ermənistanı dəstəkləyən fanatik milliyyətçilər tərəfindən etiraz olunub. Sözügedən vəziyyət dözülməzdir. Fransa kimi mətbuat və söz azadlığının qorunduğu bir ölkədə belə təhdidləri qəti şəkildə qınamalıyıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var
23:38 07.03.2026
Goranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var
Azərbaycan səfirliyinin avtomobili Moskvada metronun girişinə çırpılıb - FOTO
23:20 07.03.2026
Azərbaycan səfirliyinin avtomobili Moskvada metronun girişinə çırpılıb - FOTO
Türkiyə XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında sülh üçün atılan addımları məmnuniyyətlə qarşılayırıq
23:09 07.03.2026
Türkiyə XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında sülh üçün atılan addımları məmnuniyyətlə qarşılayırıq
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib