''Məni Nataşa deyə çağırırdılar'' – Müsahibə

MAQAZİN
08:02 08.10.2012
2139

Bu günə qədər “Dilbərin səkkiz günü”, “Getmək” ve “Acı” və s. filmlərdəki rolları ilə uğur qazanan əslən azərbaycanlı Nəsrin Cavadzadə bu nailiyyətləri heç də asan əldə etməyib. Nəsrin 11 yaşındaykən anası ilə Azərbaycanı tərk edərək Türkiyəyə gedib. Nəsrin: “ O vaxtlar ana dilim rus dili olduğuna görə, mənə Nataşa deyirdilər. Türk dilini səlis öyrənmək üçün öz qarşıma məqsəd qoydum. Orta məktəbi fərqlənmə ilə qurtardım. Universitetə isə çox yüksək balla qəbul olundum. Amma buna baxmayaraq bu gün də mənə bəzən özündənrazılar “mənim masajçım da azərbaycanlıdır” deməyə cürət edirlər.

- Sizin hekayəniz haradan başlayır?

- 1982-ci ildə Bakıda anadan olmuşam. Yeddi nəsil azərbaycanlıyam. Ailəmdə demək olar ki, hamsı həkimdir. İqtisadçı olan atamı kiçik yaşlarımda itirmişəm. 11 yaşıma qədər usaqlığım Sovet vətandaşı kimi Azərbaycanda keçdi.

- Bəs yolunuz necə Türkiyəyə düşdü?

- O vaxtı Azərbaycanda Qarabağ müharibəsi başlamışdı. Müharibə mənim ailəmə o qədər də təsir etməmişdi, amma ölkədə vəziyyət çox gərgin idi. İnsanlar gələcəyə çox tərəddüdlə baxırdı. Anam o illərdə bizim Türkiyəyə köçməyimizin daha yaxşı olacağına qərar verdi.

- Nə hiss eləmişdiniz?

- Çox qüssəli idim. Nənəmdən, babamdan ayrılmaq çox ağır idi. Günlərlə gecələr ağladım, amma nəticə dəyişmədi və biz Türkiyəyə köçdük.

- Bəs Türkiyədə həyata necə başladınız?

- Anamın Türkiyədə yaşamağı ona çox çətin oldu. Anamın peşəsi həkimlik olduğuna görə burda işləmək üçün yenidən diplomunu təsdiqlətməliydi. Anam buna çox etiraz eti və “bu yaşımda təzədən şagird kimi dərs oxuyacam?” deyərək turizm oxumağa qərar verdi. Boğaziçi universitetində turizm fakultəsinindən məzun oldu. Ancaq həkimlik peşəsindən əl çəkə bilmədiyinə görə yenidən diplomunu təsdiqlətdi.

- Dil problemini necə həll etdiniz?

- SSRİ dağılmamışdan qabaq dövlətin rəsmi dili rus dili idi və şəhərdə yaşayanlar rusca danışırdılar. Mən də Azərbaycanda rus məktəbinə gedirdim. Azərbaycanca demək olar ki, heç danışılmırdı. Azərbaycanlı olduğumu ancaq Türkiyəyə gəldikdən sonra kəşf elədim. İbtidai sinfi Azərbaycanda bitirmişdim. Anam türkcə öyrənə bilməyəcəyimi düşünərək məni yenidən ibtidai sinfə yazdırdı. Ancaq anamın düşüncəsinə baxmayaraq türkcə olduqca tez mənimsəyə bildim. 6-7 aydan sonra sankı bir türk kimi türkcə danışa bilirdim.

- Sizdən kimliyinizi soruşanlara “mən rusam” deyirdiniz?

- Bizim bir az kimliksiz anlayışımız var idi. Necə ki, Osmanlı İmperatorluğunda “Sən kimlərdənsən?” soruşulanda “türkəm, kürdəm, çərkəzəm” demək əvəzinə “mən müsəlmanam” deyilirmiş. Mən də “sovet vətəndaşıyam” deyirdim. Etnik kök anlayışım yox idi.

- Evdə ana dilinizdə danışa bilməzdiniz?

- Danışmaq olar, amma bu kəlimə azəricə deyilirsə, 4 kəlimə də rusca deyilirdi. Bütün rəsmi yerlərdə rus dilində danışıldığına görə heç kim öz ana dilini öyrənə bilmirdi.

- Türkiyədəki ilk günləriniz necə keçirdi?

- Çox çətin keçirdi. O günlərdə böyük travma keçirdim. Anamdan başqa ətrafımda heç kim yox idi. Bayramda bütün günü ağlayırdım. Hamı bayramlaşmağa gedirdi. Mənsə onlara həsədlə baxırdım. Türkcəni yaxşı bilmədiyimə görə sözləri səhv tələffüz edirdim. Hamı məni lağa qoyurdu. Uşaqların etdiyi zarafatı başa düşə bilmirdim. Mən də uşaqlarla gülmək istəyirdim, amma nəyə güldüklərini başa düçə bilmirdim. Məktəbdə müəllimin dediklərini anlaya bilmirdim və müəllimim də buna çox əsəbiləşirdi…

- Türkiyədə rus qadınına bir az fərqli gözlə baxılır. Siz heç bunu hiss edibsinizmi?

- Bəli. Bir gün məktəbdə səhvən “ana dilim ruscadır” dedim və hamı tərfindən çox pis qarşılandı. Sırf bu sözdən sonra hamı məni “Nataşa” deyə çağırmağa başladı. Türkiydə Nataşa adı – ən pis söz mənasını daşıyır.

- Məktəbdəki uşaqların bu münasibəti sizə necə təsir edirdi?

- Hər gün evə ağlayaraq gedirdim. 3 il bu cür davam elədim. Elə buna görə də bütün əzimimlə yaxşı oxumağa çalışırdım. Özümə söz vermişdim ki, mən də türkşagirdləri kimi yaxşı nəticə əldə etməliyəm və heç kim mənim xarici vətəndaş olduğumu hiss etməsin. Və istədiyim nəticəni də əldə etdim. Orta məktəbi fərqlənmə ilə bitirdim.

- Bəs indi necə, yenə sizə qarşı bu cür münasibətlə qarşılaşırsınızmı?

- İndi də bəzən mənə özündənrazılar “ Mənim masajçım da azərbaycanlıdır” deməyə cürət edirlər. Mənim nənəm 30 illik həkimdir. O deyənlərin nənəsi bəlkə heç hərif tanımır. Başa düşə bilmirəm hansı üstünlüklərinə görə, məni bu cür təhqir edirlər?..

- SSRİ və sosializm sizdə hansı duyğuları oyadır?

- Mənə elə gəlir ki, mən sosializmə romantik yanaşıram. O vaxtlar Türkiyədə sosializmə qarşı mənfi düçüncə var idi. Sosializmə bu cür münasibət bəslənilməsini mən heç cür başa düçə bilmirdim. Mənim hiss elədiyim sosializm mənə çox şeylər verdi. Mənim heç kimdən üstün olmadığımı, heç kimin də məndən üstün olmadığını öyrəndim. Buna görə də mən heç kimə “mənim masajçım azərbaycanlıdır” deyə bilmərəm.

- Özünüzü hara aid hiss edirsiniz?

- Türkdən heç bir fərqim yoxdur. Özümü bu torpaqlara aid hiss edirəm. Ancaq Bakıya getdikdə isə özümü oraya aid hiss edirəm. Əslində mən dünya vətəndaşıyam.

- Yaşadığınız ən böyük kədər hansıdır?

- Ən böyük kədərim atamı itirməyimdir. Çox ayrılıqlar yaşamağa məcbur oldım. Vətənimi tərk elədim. Anamdan başqa yanımda heç kim yoxdu. Kədər deyəndə ağlımda həmişə ayrılıqlar canlanır…

OXŞAR XƏBƏRLƏR