"Məni parka göndərib, əxlaqsızlıq edirdi..." - 15 yaşlı oğlan bacısını niyə öldürüb?

"Məni parka göndərib, əxlaqsızlıq edirdi..." - 15 yaşlı oğlan bacısını niyə öldürüb?
SOSİAL
22:36 18.04.2023
418
Ötən il Qax şəhərində 2005-ci il təvəllüdlü bacısı Albina Papiaşvilini öldürən 15 yaşlı Jora Papiaşviliyə hökm oxunub.

AZXEBER.COM qaynarinfo-ya istinadən bildirir ki, məhkəmənin qərarı ilə Jora Papiaşvili Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Jora bildirib ki, atası Alioşa Papiaşvili 2016-cı ildə vəfat edib. 2017-ci ildə anası qeyri-rəsmi nikaha daxil olub. Qətlə yetirdiyi bacısı özündən 2 yaş böyük olub.

Anası Züleyxa ilə aralarında yaranmış mübahisə nəticəsində onları 2020-ci ilin may ayında evdən qovub və hər ikisi nənəsinin evində qalıblar. 2022-ci ilin yanvar ayından bacısı Albina ilə Qax şəhərinə gələrək "Mehdinin dönərxanası" adlı yerin yaxınlığında ev tutub kirayədə yaşmağa başlayıblar. Bəzən də Albinanın rəfiqəsi də onlarla qalıb. Həmin vaxt Albina Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən "Şirin həyat" restoranında ofisiant işləyib, orada Ramazan Qaçayev (şərti) ad-soyadlı şəxslə sevgi münasibətləri olub. Ramazan Qaçayev hər gün onlara gəlib-gedirmiş.

Ramazan gələn kimi bacısı Albina Joranı parka göndərirmiş və ona zəng edəndə evə qayıtmasını tapşırırmış. O, bundan qəzəblənərək yenidən nənəsinin evinə qayıdıb.

2022-ci ilin sentyabr ayında Albina ilə şəhərin başqa bir ünvanında yerləşən həyət evini 100 manata kirayə tutub. Həmin evdə Albina ilə sonuncunun rəfiqəsi yaşayır, artıq başqa kişilərlə də danışıb-görüşürmüş.
Jora Albinanın pozğun həyat şəraiti keçirdiyinə qərar verərək, onu öldürmək qərarına gəlib. Bu məqsədlə bacısının yaşadığı evə gedərək onun yatmağını gözləyib. Albina 13:30-da telefonla danışığını qurtardıqdan sonra telefonunu yanına qoyub mürgüləməyə başlayıb. Yarım saat sonra, yəni saat 14.00 radələrində Albinanın yatdığını görüb, mətbəxə keçərək stolun üzərində olan bıçağı götürüb. Albinanın üzərində olan yorğanı çəkərək mərhumun sol çiyin nahiyəsinə və belinə bir neçə, təxminən 6-7 zərbə vurub. Bıçaq zərbəsini vurduqdan 3-4 dəqiqə sonra Albinanın artıq nəfəs almadığını və öldüyünü hiss edib.

Jora törətdiyi hadisədən sonra heç nə olmamış kimi Qax şəhər avtovağzalına yollanıb və Qax-Üzümlü marşrutuna minərək, Xələftala kəndinə - nənəsinin evinə gedib. Nənəsi Bayramxatın Əhmədova onun hansı səbəbdən gəldiyini soruşduqda, Albinanın Ayşənlə qalacağını bildirib.

Daha sonra Jora nənəsi ilə bacısının yaşadığı evə qayıdıblar. Nənəsi mənzilə daxil olan zaman Albinanın meyitini aşkar edib. Qadın qışqır-bağır salıb, bundan sonra əmisi Mişa təcili yardım xidmətinə və polisə zəng edərək məlumat verib. Əvvəlcə bacısını öldürməsini boynuna almayan Jora daha sonra törətdiyi cinayət əməlini etiraf edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO