Müğənni Səidə Sultan qəzəblənib.Publika.Az-ın məlumatına görə, müğənni ANS Televiziyasında yayımlanan “Şoumən” verilişində şou-biznesdə qabağa getmək üçün pulun önəm daşıdığını deyib. Amma bununla belə, heç vaxt pullu kişilərin təklifindən yararlanmadığını dilə gətirib. Dediyinə görə, əxlaqı buna yol verməyib: “Xalq artistləri açıq-saçın geyinəndə hamı onlara yaltaqlanıb deyir ki, nə qəşəng geyinmisən, bombasan, amma mən qısa yubka geyinən kimi mentaliteti ortaya atırlar. 48 kilo çəkim var və qısa geyinməyi xoşlayıram. Amma əxlaqa qalınca, alnım açıq, üzüm ağdır. Mənə də getdiyim məclislərdə pullu kişilər tərəfindən təkliflər olunub. Pulu var, amma yaşlı adamdır, mən bilirəm ki, ona sadiq olmayacağam. Buna görə də, təklifləri rədd etmişəm. Həm də niyə kimsə deməlidir ki, Səidəni filan kişi saxlayır. İt deyiləm ki, məni saxlasınlar”.