Vitali Kliçko jurnalistlərin suallarını cavablandırıb
Kiyev meri Vitali Kliçko jurnalistlərin suallarını maraqlı şəkildə cavablandırıb. Vitali Kliçkoya yaxınlaşan jurnalistlər onun həyat yoldaşının harada olması ilə bağlı sual veriblər. Kliçkonun cavabı isə belə olub: "Mənim arvadım hər yerdədir". Mer onu da əlavə edib ki, hazırda onun həyat yoldaşı Kiyevdədir. Daha sonra Kliçko deyib ki, onun xanımı Almaniyaya səfər edib. "Ümumiyyətlə, mənim həyat yoldaşım həmişə harada lazımdırsa, orada da olur", deyə Kliçko bildirib. Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində xəbərlər yayılıb ki, Kliçkonun həyat yoldaşı ölkəni tərk edib.