''Mənim burada işim ancaq yemək və yatmaqdan ibarətdir''

İDMAN
14:14 24.10.2012
1357

“Turan”nın yarımmüdafiəçisi Ender Günlünün müsahibəsi

-Bir müddət AZAL-da oynadıqdan sonra Azərbaycandan getsən də, yenidən ölkəmizə qayıdıb “Turan”da çıxış etməyə başladın. Bu, necə baş verdi?

-Komandamızın keçmiş baş məşqçisi Əsgər Abdullayev müəllim mənimlə əlaqə saxlayıb “Turan”da görmək istədiyini bildirdi. Mən də təklifini qəbul etdim.

-Amma Əsgər Abdullayev komandadan ayrıldı. “Turan”ım içində olan bir şəxs kimi deyə bilərsənmi bu necə baş verdi?

-İstefa mənim üçün gözlənilməz oldu. Bu, klub rəhbərliyinin qərarıdır. Mənim işim futbol oynamaqdır. Ona görə bu barədə nəsə deyə bilmərəm.

-Son turda doğma meydanda AZAL-a qalib gəldiniz oyunda vurulan yeganə qolun müəllifi sən oldun. Həmin oyun barəsində fikirlərini bilmək istərdik

-Əfqan Talıbov komandaya yeni baş məşqçi təyin olunub. İlk görüşündə AZAL üzərində qələbə qazandıqdan sonra komandamızda əhval-ruhiyyə çox yaxşıdır. Türklər demiş, hava üstünə, hava gəldi (gülür). Oyuna çox yaxşı hazırlaşmışdıq. AZAL-la çətin oyun olacağını bilirdik. Bu matça yaxşı motivasiya olmuşduq. Həmin oyunda qol vurduğum üçün çox sevinirəm.

-“Turan”dan daha öncə AZAL-da çıxış etdiyini nəzərə alsaq, həmin oyun sənin üçün prinsipial idimi?

-Xeyr. Ancaq hər bir futbolçu keçmiş komandasına qarşı oynayanda özünü yaxşı tərəfdən göstərməyə çalışır. Həmçinin bu sözləri özümə aid edərdim. Həmin oyunda üç xalı gətirən qolu vurduğum üçün çox sevinirəm.

-Növbəti turda isə səfərdə “Qəbələ”nin qonağı olacaqsınız.

-Hazırda komandamız yaxşı əhval-ruhiyyədədir. Bu oyuna yaxşı hazırlaşırıq. Hər iki komandanın on xalı var. Ona görə də bu oyun çətin olacaq. Onlara da yeni baş məşqçi təyin olunub, bizə də. Hansı komanda qalib gəlsə, turnir cədvəlində irəliləyəcək. Həmçinin Qəbələnin ev sahibi olması bizim işimizi çətinləşdirir. Amma biz səfərə qələbə qazanmaq üçün gedəcəyik.

-Səncə, komandanız bu il mövsüm Premyer Liqada yerini qoruyub saxlaya biləcək?

-İnşallah. Çünki hazırda komandada yaxşı futbolçular var. Bizim komandada hər futbolçu öz üzərinə düşən işin məsuliyyətini dərk edir. Bizdə yerli və legioner futbolçu arasında heç bir fərq qoyulmur. Hər birimiz bu yola birlikdə çıxmışıq və sona kimi birlikdə gedəcəyik. İnanıram ki, bu il “Turan” çempionatda qalmağı bacaracaq.

-Tovuzda darıxmırsan?

-Bir az darıxıram. Tovuz balaca rayon olduğundan burada Bakı və digər böyük şəhərlərlərdə olduğu kimi boş vaxtını sərf etməyə əyləncə məkanları yoxdur. Buradakı işim ancaq məşq etmək, yemək və yatmaqdan ibarətdir (gülür). Mən adətən böyük şəhərlərdə yaşamışam, ona görə mənə çətin gəlir. Amma alışmaq lazımdır.

-Bəs boş vaxtlarında nə edirsən?

-Ailəm hazırda Fransada yaşayır. İnternet vastəsilə onlarla danışıram, musiqi dinləyirəm və s. Çünki, başqa etməli bir şey yox.

-Adətən mətbuatda “Turan”da maddi problemlər olması haqda xəbərlər yazılır. Hazırda komandada maddi cəhətdən vəziyyət nə yerdədi, maaşlarınız vaxtında verilir?

-Hansısa problem yoxdur. Komanda yaxşı oyun göstərdiyinə görə vaxtında pulumuzu alırıq. Gələcəkdə necə olacaq, onu zaman göstərər.

-Bu mövsüm çempionluq üçün hansı komandanın şanslarını yüksək qiymətləndirirsən?

-Fikrimcə, bu dəfə də “Neftçi” birinci olacaq. Çünki onlar həqiqətən yaxşı futbolçulara sahib komandadılar.

-“Neftçi”dən söz düşmüşkən bakılıların Avroliqadakı oyunlarını izləyirən?

-Bəli.

-Səncə, “Neftçi” qrup mərhələsində neçənci yeri tutacağı daha realdır?

-Əvvəla onu demək istəyirəm ki, həqiqətən çox güclü qrupda mübarizə aparırlar. Sözsüz, qrupun favoriti İtaliya “İnter”i dir. Çox istərdim ikinci olsunlar. Bu biraz çətindir. Çünki ilk dəfədir onlar qrup mərhələsində çıxış edirlər. Orada yetərincə Avropa təcrübəsi olan “Rubin”, “Partizan” kimi komandalar var. Amma inanıram ki, ən azı üçüncü olmağı bacaracaqlar.

//Qol.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrinin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

15:57 12.02.2025

Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ