‘Mənim demədiyim sözləri ictimaiyyətə çatdırıblar’ – Naqif Həmzəyev

‘Mənim demədiyim sözləri ictimaiyyətə çatdırıblar’ –  Naqif Həmzəyev
SİYASƏT
13:41 04.12.2015
2419

Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadəni təhqir edən deputat Naqif Həmzəyev bu gün parlamentdə jurnalistlər üçün brifinq keçirib.“Yeni Müsaavat”ın əməkdaşının da iştirak etdiyi brifinqdəki sual-cavabları təqdim edirik:-Siz Məhəmməd Əmin Rəsulzadəni təhqir etdiyinizə görə günahlandırılırsınız. Bu barədə nə deyə bilərsiniz?- Mən hər kəsin qarşısında bəyan edirəm ki, mənim tək və yeganə liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Mən demədiyim fikirlərə, etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. O cümlədən də Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş mətbuatın çox təəssüf olsun ki, bəzi nümayəndələri jurnalistikanı biznes maraqlarına qurban veriblər və bu gün mən informasiya terrorunun qurbanına çevrilmişəm. Bütün deputat həmkarlarımdan, jurnalistlərdən və ictimaiyyət nümayəndələrindən də xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər.- Yəni siz Rəsulzadə haqqında təhqiramiz fikirləri səsləndirməmisiniz?- Mən Rəsulzadəni təhqir etməmişəm, etmək fikrim də yoxdur.- Ancaq bununla bağlı audiomaterial var. Buna nə deyirsiniz? Həqiqətən təhqir etmədiyinizi bildirirsinizsə, məhkəməyə müraciət edə bilərdiniz…- Mən fəaliyyətimin ilk dövründə istəmirəm ki, jurnalistlərlə məhkəmədə üzləşim. Ona görə də sadəcə susmağı və səbr etməyi üstün tuturam. Qeyri-rəsmi şəraitdə edilən bir söhbəti qərəzli şəkildə yazıblar, buna təəssüf edirəm. Səsləndirmədiyim fikirləri mənim adımdan veriblər. Son 4 ildə Gəncəyə gələn jurnalistləri şəxsən mən qarşılamışam və heç vaxt dilimdən təhqir çıxmayıb. Mənim leksikonumda təhqiramiz fikirlər yoxdur. Xahiş edirəm bu kampaniyaya heç kəs qoşulmasın və dəstək verməsin.- Elə isə Rəsulzadə sizinçün kimdir?- Mən dedim, mənim tək və yeganə bir liderim var, o da ümummilli lider Heydər Əliyevdir.- Söhbət Rəsulzadədən gedir...- Rəsulzadə tarixi şəxsdir. Tarixi şəxslərə bizim hörmətimiz var. Gəncə şəhərində ilk növbədə Gəncənin adı ilə bağlı olan Nizami Gəncəvi, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin yaradıcılığı dərindən öyrənilir (?-E.P.) və onların xatirələrinin əbədiləşdirilməsi üçün lazımi addımlar atılır dövlətimiz tərəfindən. Lazım gələrsə, digər işlər də görüləcək. Millət vəkili nə heykəl qoymur, nə də bu məsələlər onun səlahiyyətlərinə daxil deyil.- Amma Rəsulzadənin Gəncədəki büstünün başına torba keçirilməsindən sizin də xəbəriniz olub. Rəsulzadəyə münasibətiniz normal idisə, niyə bu barədə məsələ qaldırmadınız ötən aylarda?- Mən fikrimi dedim, mənim açıqlamam da kifayət edir. Xahiş edirəm siz də doğru, düzgün və tərəfsiz bu informasiyanı ictimaiyyətə çatdırasınız. Qeyri-rəsmi ortamda dəfələrlə xəbərdarlıq olunub ki, burada heç bir müsahibədən söhbət gedə bilməz. Çox təəssüf olsun ki, jurnalist etikasına sığmayaraq orda olan dialoq təhrif olunmuş formada ictimaiyyətə çatdırılıb. Mən yenə deyirəm, mənim tək və yeganə liderim var...- “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu bildirib ki, onda səs yazısı var və siz orada Məhəmməd Əmin Rəsulzadəni təhqir etmisiniz...- Mən heç vaxt heç kimi təhqir etməmişəm və etmək fikrim də yoxdur. Qısa və konkret.- Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə sizi məhkəməyə verəcəyini bəyan edib...- Məmnuniyyətlə. Məhkəməyə veriləcək və orda da cavabı veriləcək.- Siz Gəncədə yaşayırsınız, indiyədək bir dəfə də olsa, Rəsulzadənin büstünü ziyarət etmisinizmi?- Mənim tək bir liderim var, və mən ancaq o dahi şəxsin abidəsini mütəmadi olaraq ziyarət edirəm. Mənim birbaşa borcumdur ki, liderimə sadiq olum.- Heydər Əliyev özü vaxtilə Rəsulzadənin məzarını ziyarət etmişdi, haqqında xoş sözlər demişdi...- Xahiş edirəm provokasiyaya çəkməyin, çox xahiş edirəm.(?) Mənim demədiyim sözləri mənim adımdan ictimaiyyətə çatdırıblar.-İntizam komitəsinin sədri Ağacan Abıyev deyib ki, sizinlə bağlı məsələ komitəyə çıxarılacaq...- Yeni Azərbaycan Partiyası tərəfindən bu məsələ ilə bağlı açıqlama verilib. Orada göstərilib ki, bu prosedur necə olur.- Sizin mandatdan məhrum edilməyinizlə bağlı imzatoplama kampaniyası keçirilir...-Xahiş edirəm provokasiyaya çəkməyin və qeyri-rəsmi həyata keçirilən proseslərlə bağlı mənim heç bir açıqlamam yoxdur.-Sosial şəbəkələrdə bu barədə geniş bəhs olunub...- Mən sosial şəbəkədən istifadə etmirəm və ümumiyyətlə, orda gedən proseslərdən də xəbərim yoxdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib